"Xan Lənkəran" yanvarın 23-də "Sumqayıt-2" ilə yoldaşlıq görüşü keçirəcək.
Qarşılaşmanın "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcəyi açıqlanmışdı. Hətta matçın biletləri də satışa çıxarılmalıydı. Cənub təmsilçisi rəsmi səhifəsində paylaşım edərək görüş yerinin dəyişdiyini və biletsiz olacağını bəyan edib.
Məsələ ilə bağlı detalları öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Famil Məmmədovla əlaqə saxladıq. O, "Football-plus.az" saytına bunları dedi:
"Sumqayıt -2" ilə qarşılaşma da burda keçiriləcək. Öncə verdiyimiz açıqlamada bildirmişdik, bileti büdcə yığmaq məqsədilə satmırıq. Sadəcə, azarkeşlərimiz dəstək olmaq istəyirdi, biz də bu addımı atmışıq. Lənkəran Olimpiya Kompleksinə yerləşəndə qərar verdik ki, giriş pulsuz olsun. Gələcəkdə bu məsələyə yenidən baxacağıq. İndiki halda bilet aktual deyil. Həmişə yanımızda olan azarkeşlərdən, sadəcə, güclü dəstək gözləyirik".
GÜNAY VƏLİYEVA
"Xan Lənkəran" üzləşdiyi problemlərə dözmədi - RƏSMİ AÇIQLAMA
"Bəli, məkan dəyişib. "Xəzər Lənkəran" Mərkəzi Stadionunun rəhbərliyi bizə müəyyən çətinliklər yaradıb. Eyni zamanda, bildiyiniz kimi, orda vəziyyət ürəkaçan deyil. Komandamız həm bazada, həm də stadionda çətinliklərlə qarşılaşırdı. Rəhbərliyin qərarı ilə Lənkəran Olimpiya Kompleksində yerləşirik.