• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

"Qarşılaşdığımız komandalar fiziki cəhətdən bizdən daha hazırlıqlı idi" - MÜSAHİBƏ

22 yan, 22 - 17:50219

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” dünən növbəti yoxlama görüşlərini keçirdi.

Ağdamlılar eyni gündə iki sınaq matçına çıxdı.
Baş məşqçi Qurban Qurbanov əvvəlcə “Baçka Topola” ilə görüşdə futbolçularının hazırlıq durumunu yoxladı. Serbiya klubu ilə qarşılaşmada əsasən gənclərə üstünlük verildi. Təcrübəli mütəxəssis Bakı vaxtı ilə 13.30-da başlayan matçda bu futbolçulara güvəndi: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.

Qurban Qurbanovun ilk oyuna daha az şans qazanan futbolçularla çıxacağı bəlli idi. Çünki Serbiya təmsilçisi Ağdam klubunun əsas heyəti ilə oynayacaq potensialda deyildi. Rəqib məhz gənclərin gücünə uyğun olaraq seçilmişdi. Qurban bəy bu qarşılaşmada bir sıra rotasiyalar etdi. “Qarabağ”ın əvvəlki oyunlarında Zubirin yerində sol cinahda Ramil Şeydayevin çıxış etdiyini görmüşdük. Bu dəfə təcrübəli mütəxəssis Rüstəm Əhmədzadəni sağ vinger kimi oynadırdı. Gənc hücumçu burda özünü yaxşı tərəfdən göstərə bildi. Fiziki gücünün yerində olması, sürətli oynamaq bacarığı Rüstəmə burda problem yaratmadı. Qurban Qurbanovun azərbaycanlı hücumçulardan ibarət sistemi yaxşı təsir bağışladı desək, yanılmarıq. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, Ramil, Musa və Rüstəm serblərə çətin anlar yaşatdı. Əsasən də baş məşqçinin oğlu istəkliydi. Onun aqressivliyi komanda yoldaşlarının da daha yaxşı oynamasına səbəb olurdu.

İlk yarıda hər iki tərəfin cəhdlərinə baxmayaraq, hesab açılmadı. Fasilədən sonra Qurban Qurbanov Marko Veşoviç, Riçard Almeyda və Rahil Məmmədovun əvəzinə meydana ardıcıllıqla Abbas Hüseynov, İsmayıl İbrahimli və Zamiq Əliyevi buraxdı. Yeganə qol 62-ci dəqiqədə vuruldu. Qolkiper Amin topu uzaqlaşdırmaq istəyən zaman kobud səhvə yol verdi. Top rəqibə dəyərək qapıya daxil oldu. Qoldan sonra “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişmədi. Görüşün ən maraqlı məqamlarından biri matçın sonlarına yaxın Nihad Quliyevin əvəzinə meydana 15 yaşlı müdadiəçi Musa Məmmədovun çıxması idi. Qurban bəy ona şans verməklə özünəinam hissi yaratmağa çalışdı.

Beləliklə, oyun “Baçka Topola”nın 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Axşam saatlarında isə “Qarabağ”ın əsas heyəti meydana çıxdı. Budəfəki rəqib Polşa təmsilçisi “Şlensk” oldu. Qurban Qurbanov görüşdə aşağıdakı futbolçulara güvəndi: 23. Luka Quqeşaşvili, 29. Marko Veşoviç, 5. Maksim Medvedev, 81. Kevin Medina, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borges, 10. Abdullah Zubir, 25. İbrahima Vaci.

Oyun çox sürətli və baxımlı alındı. Düzdü, “Qarabağ”ın bir neçə futbolçusu bu dəfə zəif çıxış etdi. Qolların, demək olar ki, hamısında yeni qolkiperin səhvi var idi. O, hələ tam qüvvə ilə çıxış edə bilmir. Ağdamlıların heyətində 4 hücumçu olsa da, bu mövqedə hələ də sıxıntı yaşayırlar. Seneqallı forvard İbrahima Vaci sözün əsl mənasında əlinə düşən fürsətləri boşa xərcləyir. Çox güman, Qurbanov digər görüşlərdə Ramil Şeydayevi və ya Rüstəm Əhmədzadəni əsas hücumçu kimi sınayacaq. Ümumiyyətlə, təcrübəli mütəxəssis dünən axşam saatlarında baş tutan qarşılaşmada bir çox rotasiya etdi. Ən diqqətçəkən məqam Kadi Borgesin dayaq yarımmüdafiəçi kimi çıxış etməsi idi. Düzdü, futbolçu əvvəlki komandalarında bu mövqedə oynayıb. Amma “Qarabağ” karyerasında ilk dəfə dayaq yarımmüdafiəçisi kimi oynayırdı. Daha bir maraqlı məqam yeni transfer, 2-ci hissədə meydana çıxan Leandro Andradenin sağ cinah yarımmüdafiəçisi mövqeyinə yer alması idi. Qurbanov burda yüksək performans göstərə biləcək oyunçu axtarışındadı. Yəni Xayme Romeronu unutdura biləcək futbolçuua ehtiyac duyur.

Ağdam təmsilçisinin heyətində ən yaxşı təsir bağışlayan futbolçu həmişəki kimi Abdullan Zubir idi. Fransalı rəqib müdafiəçilərinin başına oyun açsa da, bu da komandasına fayda vermədi. Oyun “Şlensk”in xeyrinə başa çatdı – 3:2. “Köhlən atlar”ın heyətində qolları 26-cı dəqiqədə Marko Veşoviç və 80-ci dəqiqədə Kadi Borges vurdu.
“Qarabağ” dünən keçirdiyi iki oyunun heç birində qalib gəlmədi. Antalyada buna qədər “Qaz Metan”la (Rumıniya) qolsuz bərabərə qalan ağdamlılar yanvarın 25-də daha iki matça çıxacaq. “Köhlən atlar” həmin gün əvvəlcə “Tatran”ı (Slovakiya), ardından Krakov “Visla”sını sınağa çəkəcək.
Maraq üçün qeyd edək ki, dünən qarşılaşmanı izləyənlər arasında PFL-in prezidenti Ramin Musayev də var idi. Futbol funksioneri matçdan sonra Qurban Qurbanovla ayaqüstü söhbətləşdi. Onlar bəzi məsələləri öz aralarında danışdıqdan sonra təcrübəli mütəxəssis Antalyada olan jurnalistlərin suallarını cavabladı.

- Bir gündə keçirdiyiniz iki oyunda fərqli heyətlərə güvəndiz.
- Demək olar ki, hər iki oyundan razı qaldım. Futbolçularda yüklənmələr olmuşdu. Toplanışın yüklənmələrin əsas götürülən hissəsini başa vurduq. Bunu yaxşı oyunla tamamlamaq istəyirdik. Yaxşı rəqiblərə qarşı mübarizə apardıq. Qarşılaşdığımız komandalar fiziki cəhətdən bizdən daha hazırlıqlı idi. Bu iki matçda əksər futbolçularımız 90 dəqiqə meydanda oldu. Xoşuma gələn futbolçuların dinamik futbol sərgiləməsi oldu. Temp yetərincə yüksək alındı və oyunçular belə yükləmələrdən sonra bu dinamikaya dözdülər. Matçlardan sonra ayrı-ayrı futbolçuların göstəricilərinə baxdıq. Yaxşı nəticələrlə qarşılaşdıq. Qarşıdakı iki gündə istirahət edəcəklər. Ardından bərpa məşqlərimiz olacaq. Son yoxlama görüşlərində daha xoş təsir bağışlayacaqlarına inanıram.

- Komandanın Antalyadakı təlim-məşq toplanışını necə dəyərləndirərdiz?
- Oyunların son 15 dəqiqəsində müəyyən yorğunluq sezilirdi. Amma əsas odu ki, istədikləri vaxt sürəti artıra bilirdilər. Sürətə və gücə hesablanmış çalışmalardan sonra belə olması tam normaldır. Hər şey plan üzrə gedir.

- Yeni transferlər barədə nə deyə bilərsiz? Hazırlıqları sizi qane etdi?
- Komandaya bir qədər gec qoşulduqları üçün başqaları qədər hazır deyillər. Optimal formalarına təbii, ki, gec düşəcəklər. İstəkli olmaları isə ürəyimcədi.

- Bugünkü sınaq görüşlərində gənc futbolçulara da şans verdiz. Onları çempionat oyunlarında görə biləcəyikmi?
- Mütləq. Birinci və ikinci oyunda meydana çıxan heyətlər fərqli olsalar da, bu, əsas və əvəzedici komanda anlamına gəlməməlidi. Kim daha hazırlıqlı və istəkli olsa, forma şansı qazanacaq.

- “Baçka Topola” ilə oyunda Rüstəm Əhmədzadəni sağ cinah vingeri kimi oynatdız. Bu, Xayme Romeronun yoxluğunda ona həmin mövqedə güvənəcəyiniz anlamına gəlir? Yoxsa adi rotasiya idi?
- Rüstəm Ukraynada da daha çox sağ cinahda çıxış edib. Mən sol ayağından yaxşı istifadə edən futbolçuların sağda oynamasını xoşlayıram. Təbii ki, hansı rəqibə qarşı mübarizə aparmaq da şərtdi. Bəzən fərqli seçimlər edirik. Rüstəm sürətli futbolçudu. Səhərki matçda iki epizodda diqqət mərkəzinə düşdü. Ona həm nominal hücumçu mövqeyində, həm də sağda şans verməyi planlaşdırırıq. Çox yüksək potensialı var. İnkişaf etməsi üçün müxtəlif mövqelərdə sınayacağıq.

İLKİN SULTANLI, Antalya

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Rəqiblər bizi buna məcbur etdi"
backend
"Qarabağ" hər iki yoldaşlıq oyununda məğlub oldu
backend
"Qarabağ"ın rəqibləri bəlli oldu
backend
Qurban Qurbanov Ramil Quliyevlə görüşdü
backend
Premyer-liqanın qış mənzərəsi: kim, harda, nə vaxt?
backend
"Bazel"lə görüşdə "Qarabağ"ın təxmini heyəti
backend
Qurban Qurbanov üçün əlamətdar tur
backend
"Qarabağ" Azərbaycan futbolu tarixində ilkə imza atdı
backend
“Qarabağ" iştirak ərizəsini açıqladı
backend
“Qarabağ” AEL-in dərsini verməlidi
backend
"Həmişə olduğu kimi ən yaxşısını etməyə çalışacağıq"
backend
“Qarabağ” Avropa yürüşünə 23 futbolçu ilə başlayır
backend
"Qarabağ"a azı 1 hücumçu və müdafiəçi lazımdı
backend
“Qarabağ” “Auqsburq”la heç-heçə etdi
backend
"Qarabağ"da 7 müqavilə
backend
"Qarabağ" Qurban Qurbanovun oğlu ilə müqavilə yenilədi
backend
Serbiyada Qurban Qurbanovu yada saldılar
backend
“Əlbəttə, yığmalar səviyyəsində yoldaşlıq oyunu keçirmək istəyərdik”
backend
“Qarabağ” "Vilyarreal"la oyuna getmədi, UEFA-ya müraciət etdi
backend
“Qarabağ”: bir gündə iki məğlubiyyət
backend
Mahir Əmrəlinin gözəl qolu kifayət etdi
backend
“Qarabağ” sonda məğlubiyyətdən qaçdı
backend
Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi!
backend
“Qarabağ” “Universitatya”ya da qol vura bilmədi
backend
“Qarabağ”ın Romerosu gəldi
backend
Qurban Qurbanovun oğlu U-21-ə çağırıldı
backend
Qurban Qurbanovun oğlundan növbəti dubl
backend
Yığma şotlandlardan "2 aldı"
backend
Musa Qurbanlıdan poker, U-19-dan darmadağın
backend
Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi
backend
Qurban Qurbanov heyəti açıqladı
backend
Problemlər də gördük, ümid də tapdıq...
backend
Qurban Qurbanovun oğlu U-17-də
backend
Qurban Qurbanov heyəti açıqladı
backend
“Qarabağ”dan heç-heçə və məğlubiyyət
backend
Qurban Qurbanov bu gün heyəti açıqlayacaq
backend
U-21 albanlarla bacarmadı
backend
“Qarabağ”dan ikinci heç-heçə
backend
Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq
backend
SOS: “Qarabağ”ı bu dəfə “Brondbü” darmadağın etdi

GÜNÜN XƏBƏRİ

backend
Azərbaycanlı futbolçu Türkiyənin tanınmış klubunun hədəfində
27 may, 22 - 10:18492

XƏBƏR LENTİ

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ
01:3529 may
Ronaldo "Romaya" keçə bilər
23:0428 may
Benzema məhkəməyə niyə üz tutub?
22:5028 may
Holann “Borussiya”nın bütün üzvlərinə bahalı saat bağışlayıb
22:2728 may
Mahirin klubunda baş məşqçi ilə bağlı qərar verildi
22:0528 may
Suares premyer-liqaya qayıda bilər
21:5028 may
Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticə
21:1328 may
Oğurlanmış medalı Pyoliyə qaytarılacaq
20:5328 may
Zəfər Kubokunda finalçılar bəlli olub
20:2228 may
“Çelsi” satıldı
20:0728 may
''Qalatasaray'' Avropanın ən güclüsünü darmadağın etdi
19:5028 may
“Yalnız mən və Trapattoni beş dəfə avrokubok qazanmışıq” - Mourinyo
19:3028 may
Türkiyə klublarının Avropadakı yol xəritəsi
19:0928 may
Millinin yekun heyəti niyə açıqlanmır? - RƏSMİ
18:4528 may
“Artıq yığmada da nəticə qazanmaq istəyirik” - Mahir Emreli
18:2328 may
Hakim olmaq üçün 30 namizəd
18:0228 may
UEFA Ukrayna və Belarusu “ayıracaq”
17:5328 may
"Turan Tovuz" Ayxan Abbasovla razılıq əldə etdi
17:3228 may
Məsut Özildən 100 milyon dollarlıq anlaşma!
17:1328 may
“Məncə, Rəşadın Qurban Qurbanovu təəccübləndirməsi hələ tezdi” - AÇIQLAMA
16:5128 may
Arda Turan: “Qalatasaray”ı kənardan sevmək də bir xidmətdi” - MÜSAHİBƏ
16:3528 may
Kubok "Qarabağ"ın sahibinə təqdim olundu
16:0928 may
Elxan Məmmədov Rusiyaya səfər etdi
15:5428 may
Mahmud Qurbanov avrokuboklara vəsiqə qazanacağına söz vermədi
15:5328 may
Sərxan Hacıyev Tovuz və Gəncədə hansı məsələləri müzakirə edib?
15:3028 may
Çili yığmasını Berisso çalışdıracaq
15:0928 may
Rəşad Sadıqov penalti seriyasında nəyi səhv etdi? - ÖZƏL BAXIŞ
14:5928 may
Atıcılıq üzrə dünya kuboku yarışına start verilib - FOTOLAR
14:5028 may
Neymar “Çelsi”yə yollana bilər
14:3328 may
Azərbaycan karateçisi Avropa üçüncüsü oldu
14:0328 may
AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!
13:4328 may
Qarabağ qazisi "Qran-pri"də qızıl medal qazandı
13:3028 may
Şamaxıda görüş, “Azərenerji”nin avtobusları və bayraqsancma “əməliyyatı”
13:1128 may
Özbəkistan Şahmat Federasiyası ilə əməkdaşlıq müzakirə edildi
12:5028 may
"Öz səviyyəmizdə oynasaq, rəqabət apara bilərik" - Klopp
12:2728 may
"Milan" yarımmüdafiəçisi ilə vidalaşdı
12:1028 may
"Fənərbaxça" qapıçısı ilə yollarını ayırdı
11:5928 may
"Borussiya"dan yeni transfer
11:3028 may
"Liverpul" 2:0 hesabı ilə qalib gələcək" - Cerrard
11:2328 may
"Qəbələ" braziliyalı hücumçu ilə yollarını ayıra bilər
10:5728 may
Türkiyə millisində ciddi itki
10:3028 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə