Kristiano Ronaldo İngiltərə çempionatında 23-cü turun "Vest Hem"lə oyununu buraxa bilər.
Futbolçunun "Brentford"la oyunda (3:1) boynunda problem yaranıb və o, 71-ci dəqiqədə əvəzlənib.
Baş məşqçisi Ralf Ranqnik oyunçunun son durumu ilə bağlı deyib:
"Ronaldonun boynunda problem olduğu üçün matçda iştirakı sual altındadı. Dünən o, 2-3 saatlıq müalicə kursu keçib və bu gün onun özünü necə hiss etdiyini anlamaq lazımdı".