Daha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirə bilər.
Söhbət 21 yaşlı müdafiəçi Nazim Məmmədzadədən gedir. "Neftçi-2"nin üzvü Şimali Makedoniyanın "Boreç" klubunda baxışdadı.
Maraq üçün qeyd edək ki, hazırda "Qəbələ" bu komanda ilə yoldaşlıq oyunu keçirir. Nazim start heyətində yer alıb. Qarşılaşmada "qırmızı-qaralar" 1:0 hesabı ilə qələbə qazanır.
İLKİN SULTANLI, Antalya