"Sumqayıt-2" növbəti yoxlama oyununda "Xan Lənkəran"la qarşılaşacaq.
"Football-plus.az" saytının məlumatına görə, 1-ci divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt"ın əvəzediciləri növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda Region Liqası təmsilçisi "Xan Lənkəran" ilə üz-üzə gələcək. Yanvarın 23-də "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcək oyuna saat 15.00-da start veriləcək.