İdman ictiamiyyətinin maraq dairəsində olan Mahir Emreli – “Legiya” münasibətləri artıq “sabun opera”sına dönüb.

Məsələnin necə yekunlaşacağı isə məlum deyil. Görünən odu ki, tərəflər heç bir halda bir-birinə güzəştə getmək istəmir. Görəsən, millimizin hücumçusunun vəziyyəti haqda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri nə düşünür? Vaxtilə yığmanı da çalışdıran mütəxəssislər Emrelini, yoxsa “Legiya”nı haqlı sayır? Bu suallara aydınlıq gətirmək üçün onlara müraciət etdik.

Vaqif Sadıqov:

“Məsələ burasındadı ki, Mahir gərək həm peşəsinə, həm də klubuna məsuliyyətlə yanaşsın, peşəkarcasına addımlar atsın. Emrelinin “Legiya” ilə müqaviləsi var və onun şərtlərinə uyğun hərəkət etməlidi. Özünə qarşı haqsızlıq olduğunu düşünürsə, bunu orda tələb etməlidi. Yəni klubun düşərgəsində yer almaqla da haqqını tələb etmək mümkündü. Ancaq hazırkı vəziyyətdə inciyib kənara çəkilərək nəsə tələb etmək, fikrimcə, düzgün deyil. Baxmayaraq ki, biz bu gün doğma azərbaycanlı futbolçudan danışırıq. Ancaq bu hərəkət peşəkar futbolçuya yaraşmır. Onun elə bir klubda və çempionatda oynayacağına çox sevinmişdik. Bildiyiniz kimi, Polşa yaxşı inkişaf etmiş futbol ölkələrindəndi. Həmçinin Mahirin gələcəkdə daha güclü klublarda çıxış etməsi üçün də bir dəhliz idi. Yaxşı start götürmüşdü. Onun komandaya tez uyğunlaşıb Avropanın böyük klublarına qollar vurması da hər bir azərbaycanlını çox sevindirmişdi. Yaxşı olardı ki, Mahir bu problemi klubun düşərgəsinə qatılıb həll edəydi. “Legiya” rəhbərliyi ilə onu narahat edən mövzuları danışıb xoşluqla yol tapardı. İşlərin məhkəməyə daşınması, düşünürəm ki, yaxşı olmadı. Karyerasının parlaq dönəmində futboldan bu qədər uzaq qalması yaxşı deyil. İndi məhkəmə hansı qərarı verəcək, hansı tərəf qalib gələcək - deyə bilmərəm. Amma bu mövzuda hardasa Mahirin düzgün addım atdığını düşünmürəm”.


Şahin Diniyev:

“Nə demək olar, bilmirəm. Çox qarışıq və qaranlıq məsələdi. Bunu ən yaxşı “Legiya” rəhbərliyi və Mahirin meneceri bilər. Sadəcə, burda görünən, hiss olunan bir tərəf var ki, heç bir zədə almayacaq. Bu da klubdu. Ən böyük zərbə oyunçuya, yəni Mahirə dəyəcək. Futbolçu futbolsuz qalır. İtirilən günlər, aylar onun karyerasına zərbə vurur. Düşünürəm ki, Mahirin vəziyyətində ilk gündən düzgün iş aparılmır. Bir işə başlayırsansa, haqlı olduğuna yüz faiz əmin olandan sonra onun arxasınca getmək lazımdı. 99 faiz əmin olsan belə, onun arxasınca getmək olmaz. Futbolçunu futboldan uzaq qoymağın özü də bir günahdı. Bu cəhətdən fikirləşirəm ki, burda müəmmalı məqamlar var. Hansı ki, biz onları bilmirik. Ancaq görünən futbolçunun əzab çəkdiyidi. Bütün oyunçular bu dövrdə hazırlaşır, məşq edir. Mahir isə bundan kənarda qalıb. Bu da onun sonradan formaya düşməsinə, lazımi performans sərgiləməsinə mane olacaq. Fikrimcə, bu məsələdə menecer tərəfdən problemlər var. Mahiri yüz faiz nəyəsə inandırıblar. Ancaq sonradan bu alınmayanda, artıq görünür ki, işlər qarışıb, bir-birinə dəyib. Bizi maraqlandıran, narahat edən Mahirin vəziyyətidi. İşlər həddən artıq dərinə gedib və onun klubu ilə meneceri arasında prinsipə çevrilib. Çoxdan bunu normal qaydada həll etmək lazım idi. Ümid edirəm ki, qısa zamanda məsələ yoluna qoyulacaq və Mahir tezliklə futbola qayıdacaq”.


SƏNƏM FƏRHADOVA

Son xəbərlər

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Millimizin üzvü: "Çətin olacaq" - MÜSAHİBƏ

Millimiz Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını geridə qoydu

"Kəpəz" Gəncədə hazırlaşır

Bütün xəbərlər