Bu il Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək.
Bu barədə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yarışın 5-6 noyabrda təşkil ediləcəyi açıqlanıb.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Ötən il Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında komanda hesabında ilk "5-lik"də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması ("All Star") kubok uğrunda mübarizə aparacaq.