Lionel Messi milli komandadan kənarda qalıb.
"Football-plus.az" saytının məlumatına görə, PSJ-nin oyunçusu Argentina yığmasının DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyunları üçün sifariş ərizəsinə daxil edilməyib. 34 yaşlı hücumçu yanvarın 2-də koronavirusa yoluxduğu və bu xəstəlikdən yenicə sağaldığı üçün ona dəvət göndərilməyib. Baş məşqçi Lionel Skaloni bir neçə gün əvvəl ona qarşıdakı matçlarda iştirak etməməyi məsləhət görmüşdü.
Qeyd edək ki, Messi PSJ-də komanda ilə məşqlərə çərşənbə axşamından başlayıb. Argentina yığması yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq. Milli komanda artıq bu il Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.