Bir neçə gün əvvəl Kriştiano Ronaldonun “Mançester Yunayted”də çox qalmaya biləcəyi ilə bağlı xəbər yayılmışdı.
Deyəsən, bu ehtimal doğrulmaq üzrədi. Portuqaliyalı hücumçunun nümayəndələri artıq klubla müqavilənin ləğvinin mümkünlüyü ilə bağlı məsələnin müzakirəsinə başlayıblar. “The Sun” qəzetinin xəbərində ulduz futbolçunun təmsilçilərinin gələn aydan MY-nin baş direktoru olacaq Riçard Arnoldla görüşdükləri bildirilib. Komanda Çempionlar Liqasının gələn mövsümündə oynamaq hüququ qazana bilməsə, 36 yaşlı Kriştiano klubdan ayrılmağa hazır olacaq.
“Yunayted” hazırda premyer-liqada 20 oyuna 32 xalla 7-ci yeri tutur. Ronaldo bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə verib.