“Belə qarşılaşmalarda nəticə o qədər də önəmli olmur. Zəif və güclü tərəflərimizi bilmək daha vacibdi”.
Bu sözləri “Futbol+” qəzetinə açıqlamasında Azər Salahlı deyib. Müdafiəçi “Neftçi”nin “Visla” ilə (Plotsk) yoxlama oyununu şərh edib:
“İlk oyundan fərqli daha çox meydanda oldum. Düşünürəm ki, qarşılaşmaların sayı artdıqca daha da yaxşı çıxış edəcəyik. Əlimizə düşən fürsətlərdən istifadə etməyə, daha uğurlu nəticələr qazanmağa çalışacağıq. Matçlarda kimlərin oynayacağına baş məşqçimiz qərar verəcək. Yoxlama oyunlarında çalışdırıcı daha çox rotasiya edir, tez-tez sistem dəyişir, hansının uğurlu olduğunu müşahidə edir. Kimlərin güclü və zəif olduğuna sonda o, qərar verəcək”.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
İLKİN SULTANLI, Antalya