UEFA-nın İkinci Qarabağ Müharibəsi zamanı ermənilərin Bərdəyə atdıqları raketlər nəticəsində çoxlu dinc vətəndaşımızın, xüsusən də uşaqların həlak olmasına “feysbuk” səhifəsində emosional reaksiya verdiyinə görə Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırdığından xəbərdarsız.
Onu da qeyd edək ki, həmin paylaşıma görə "Qarabağ" da 100 min avro cərimələnib. Qərardan narazı qalan İbrahimov və onun hüquqlarını müdafiə edən Fərid Haqverdiyevin İdman Arbitraj Məhkəməsinə (CAS) qitə futbol qurumundan apellyasiya şikayəti verdiyini də əvvəlki saylarımızda qeyd etmişdik. CAS 2021-ci il dekabrın 22-də son qərarını açıqlamalı olsa da, prosesi yubadaraq 2022-ci il yanvarın 27-ni nişan vermişdi.
Deyilən tarixdə CAS hansı qərarı qəbul edə bilər? Bu suala aydınlıq gətirmək üçün İbrahimovun vəkili Fərid Haqverdiyevlə əlaqə saxladıq: