Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstan "ÇSKA 1948"i ilə yanvarın 24-də keçirilməli olan yoxlama oyunu baş tutmayacaq.
Bu barədə klubun rəsmi səhifəsi xəbər yayıb. Buna bir sıra texniki səbəblər göstərilib. Klub həmən tarixdə Şimali Makedoniya "Borets"i ilə qarşılaşacaq.