"Football Espana"nın xəbərinə inansaq, "Real" sol cinah müdafiəçisi Marselo, həmçinin hücumameyilli yarımmüdafiəçilər İsko və Qaret Beyl ilə müqavilə müddətini uzatmayacaq. Madrid klubu hazırda xavbek Luka Modriçlə yeni müqavilə üzərində çalışır, yarımmüdafiəçi Marko Asensionun yeni müqaviləsini elan etməyə hazırlaşır. Ən çox sevinən isə cinah hücumçusu Vinisius Juniordu. Cari mövsümdə özünü çox yaxşı göstərən braziliyalının maaşı önəmli dərəcədə artırılacaq.