"Sumqayıt-2" ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, 1-ci divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt-2" bu gün ilk yoxlama oyununu keçirib. Komanda "Kapital Bank Arena"nın ehtiyat meydanında "Səbail-2" ilə üz-üzə gəlib. Oyundan öncə 20 yanvar şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.