Türkiyə çempionatında ikinci dövrəyə ardıcıl iki qələbə ilə start verən ''Göztəpə'' Franko Di Santonu heyətinə qatıb.
Yanvarın 14-dən Türkiyədə olan və izmirlilərin şəraiti ilə yaxından tanış olan argentinalı forvardla dünən ilyarımlıq müqavilə imzalanıb. 32 yaşlı hücumçu son dönəmlərdə o qədər də diqqət mərkəzində olmasa da, karyerası ərzində kifayət qədər samballı klublarda top qovub. Karyerasına ''Audaks''da başlayan Di Santo ''Çelsi'', ''Blekbern'', ''Viqan'', ''Verder'', ''Şalke-04'', ''Rayo Valyekano'', ''Atletiko Mineyro'' və son olaraq ''San Lorenso''nun şərəfini qoruyub.
3 dəfə Argentina yığmasının şərəfini qoruyan Di Santo ümumilikdə karyerası ərzində keçirdiyi 360 rəsmi oyunda 65 qol vurub və 25 məhsuldar ötürmə verib.