Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək yığma artıq ölkəni tərk edib.
Joze Alesio da Silvanın çalışdırdığı komanda yer aldığı D qrupunda ilk oyununu yanvarın 22-də Gürcüstana qarşı keçirəcək. Yeri gəlmişkən, gürcülər Niderlanda yollanmamış, daha dəqiq desək, yanvarın 15-də yoxlama görüşündə Tacikistana 6:2 hesabı ilə qalib gəlib. Bir gün sonra tərəflər arasında baş tutan ikinci qarşılaşma isə daha məhsuldar alınıb. Yığmanın rəqibi asiyalıların qapısından 10 top keçirib – 10:1.
Ötən həftə mətbuata açıqlama verən Futzal Federasiyasının prezidenti Zaur Axundovla yanaşı, yığmanın braziliyalı çalışdırıcısı da Gürcüstanla matçın əhəmiyyətini xüsusi qabardıb, sözügedən qarşılaşmanı “açar oyun” adlandırmışdılar. Hər ikisi qrupdan çıxmaq üçün ilk görüşdən qalib ayrılmağın vacibliyini vurğulamışdılar.
Bəs görəsən, veteran futzalçılar altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək kollektivdən nə gözləyirlər, Alesionun çalışdırdığı komandanın turnir perspektivi haqda hansı fikirdədilər? Öncə uzun illər millinin şərəfini qoruyan Rəcəb Fərəczadə ilə danışdıq:
Vitali Borisov isə bunları söylədi:
RƏŞAD, "Futbol+" saytı üçün