• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Mahirin populyarlığı nədən qıcıq doğurur? - KÖŞƏ

19 yan, 22 - 13:30256

Kim nə deyir-desin, Mahir Emreli son ayyarımda Azərbaycan idman mediasının 1 nömrəli ulduzudu.

Məndən olsaydı, heç düşünmədən bu futbolçunun soyadını “Mədətov” yazardım. Amma haqq var, hüquq var, adam sənəd üzərində soyadını dəyişibsə, biz də elə belə deməyə borcluyuq. Necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədi...

Dəfələrlə demişəm, bir daha deyirəm: fikrimcə, Mahirin Polşadan ayrılması səhv qərardı. Mən onun yerində olsaydım, “Legiya”da da qalmaz, bir başqa kluba keçib, özümü Polşanın tələbkar publikasına sübut edərdim. Polşadan ayrılmaq qərarı kimi, nəzərdə tutulan vaxtda, yəni yanvarın 5-də “Legiya”nın düşərgəsinə dönməmək də səhvdi. Məntiqlə dönməli, dəlillərini bir daha klub rəhbərliyinə çatdırmalı, çox sakit şəkildə “daha “Legiya” forması geyə bilmərəm” deyib, transferə çıxarılması və ya icarəyə verilməsi yönündə danışıqlara başlamalıydı. Bunların heç birini etmədiyinə görə bu gün “Legiya”nın idman direktoru Yatsek Zelinski “dəlillərimiz yetərincə güclüdü” deyə bilir. Mahiri gözüm götürməsəydi, onun istər avtobus olayının təfərrüatı, istərsə “Legiya”dakı gələcək taleyi ilə bağlı ayrı-ayrı qaynaqlara verdiyi ziddiyyətli açıqlamaları da xatırladardım. Sadəcə, buna ehtiyac duymuram. Axı başqa mətləblər də var.

Sosial şəbəkələrdə gedən müzakirələrdən belə hiss olunur ki, adamlar Emreli haqda söz-söhbətdən, yazılardan və xəbərlərdən bezib. Ən azı ona görə ki, hər yeni xəbər adamı düşünməyə məcbur edir, həqiqət axtarışında ora-bura vurnuxursan. Burda altını cızmaq istədiyim iki önəmli məqam var. Birincisi, Qərb, eləcə də qardaş Türkiyənin mediasında olayı dəfələrlə, günlərlə, hətta bəzən aylarla saf-sürük etmək, ən xırda detallarına qədər araşdırmaq vərdişi var ki, indi-indi ölkəmizə ayaq açır. Gizlətməyə dəyməz, biz “Futbol+” olaraq, eləcə də başqa həmkarlarımız informasiya axınında, versiyaları düzüb-qoşmaqda önə çıxmağa, bəzən təhqiqatçı vərdişlərinə yiyələnməyə çalışırıq. Əlbəttə, bu tendensiya oxucuya, sadə sosial şəbəkə istifadəçisinə bezdirici, yorucu görünə bilər. Ancaq elə burdaca 1-ci ilə birbaşa bağlı olan 2-ci məqam önə çıxır.

Ölkəmizdə populyar, təkcə oyunu yox, ailə dramı ilə də gündəmdə olan, valideynləri boşandığına görə soyadını dəyişən, bu yaşda Mərkəzi Avropada oynamaq imkanı qazanan, legioner karyerasına fırtına kimi başlayan oyunçuların sayı o qədər də çox deyil. Daha doğrusu, heç yoxdu. Populyarlığı, fərdə ictimai marağı oyadan münbit zəmin varmı? Var! Mahirlə bağlı ən müxtəlif həcmdə və janrda olan yazılar oxucu bazarında ildırım sürəti ilə yayılırmı? Yayılır! Mahir ünsiyyətcil, xarizmatik, sosiallaşmış, ekranlardan düşməyən, futbol və şou-biznes aləminin qarışıq dünyasında özünə nəhəng yer etmiş simadımı? Simadı! Deməli, onun indiki populyarlığını da, aylardı gündəmdən düşməməsini də təbii qarşılamaq, taleyinin aydınlaşacağı günü gözləmək lazımdı.
Hə, daha bir ağrılı nöqtənin üzərinə gəldik. Bütün bu qarma-qarışıqlıq fonunda Mahirin futbolçu obrazı zərər görürmü? “9-luğ”a möhtəşəm və dəqiq zərbə! Görür, özü də necə! Hər nə qədər fərdi şəkildə və Allah bilir, hansı idman salonunda çalışsa da, Azərbaycan futbolu, özəlliklə də yığması onu tədricən itirməkdədi. Mahir Avropaya həm də pul qazanmağa yollanmışdısa, futbolumuz da ona yeni “ağ atlı oğlan” gözü ilə baxırdı. Ki, gəlsin və yığmanın çoxdan bağlanan bəxtini açsın, qolları sıralasın, çoxdan yığmadan bezən azarkeşlərin könlünə su səpsin. Baxın, dostlar, mənim üçün əsas qıcıq doğuran məqam da budu. Bu gün yaşıl meydanda futbol mövsümünün ikinci yarısına hazırlaşmalı olan istedadlı birisi elə həmin istedadın parıltısı altında kölgələnir, papağını günə yandırır, taleyinin necə olacağını bilmir, az qala hər həftə bir-birini tamamlamayan açıqlamalar verir.

Mənə elə gəlir ki, Mahirin ətrafında ona doğru yol göstərənlər yoxdu və ya belələrinin sayı çox azdı. Hələ də gec deyil, Mahiri Azərbaycan futboluna qazandırmaq yolunda nələrsə etmək olar. Baxmayaraq ki, futbolçunun vəkillərinin, anasının mövqeyi ilə “Legiya” düşərgəsindən gələn açıqlamalar bir-biri ilə səsləşmir, münasibətlər anlaşma cığırından dava-dalaşa, hüquqi müstəviyə meyillənməkdədi. Kim bu yolda nəyi bacarırsa, çıxsın ortaya, Mahiri taleyin ümidinə buraxmayaq. İtirən təkcə o deyil, həm də Azərbaycan futboludu!

HÜŞƏNG

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Bizim arqumentlərimiz kifayət qədər güclüdü"
backend
“Qaçmaqla karyerası baxımından ciddi zərbə alacaq”
backend
"Legiya" bəyanat yaydı
backend
Mahir "Legiya"nı məhkəməyə verdi
backend
Mahir "Legiya" azarkeşlərini tənqid etdi
backend
"Komandadan ayrılmaq Mahirin öz qərarıdı"
backend
“Legiya” Mahir Emrelini cəzalandıra bilər?
backend
"Legiya"nın açıqladığı siyahıda Mahir Emreli də var
backend
"Mahirin bizimlə müqavilə öhdəliyi var"
backend
"Legiya"dan Emreliyə cavab
backend
Mahir Emreli bu klublarla qarşı oynaya bilər
backend
"Legiya"da dəyişiklik
backend
Mahir Emreli “Legiya”dan ayrılmaq qərarı verdi
backend
"Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq"
backend
Mahir "Legiya"da qalır?
backend
Mahir "Legiya"dan ayrılır
backend
Mahirin klubu cərimələndi
backend
"Mahir Emreliyə verilən uzun ötürmələr "Legiya"nın təhlükəli silahı ola bilər"
backend
"Legiya" Mahirlə bağlı belə paylaşım etdi
backend
Mahir Emreli "Legiya"nı tərk edir?
backend
Mahir Emreli "Legiya"dan ayrıla bilər
backend
Bu dəfə Mahirin adı olmadı
backend
"Mahir Emreli də Mixneviç kimidi"
backend
"Mahir Emrelinin "Legiya"ya keçidində Çeslav Mixneviçin də rolu olub"
backend
Mahir oynadı, "Legiya" isə...
backend
Mahirin “Legiya”da geydiyi forma Bakıda satılacaq
backend
Mahirin müsahibəsi azarkeşlərin ona münasibətini dəyişdi
backend
Mahir Emreli Polşadan ilk geniş müsahibəsini “Futbol+”ə verdi
backend
Mahir Emreli qol vurdu, "Legiya" qalib gəldi
backend
"Legiya" Mahir Emrelini sifariş etdi
backend
“Legiya” Mahirə görə hücumçusunu göndərdi
backend
“Legiya” Mahirin adını dəyişdi
backend
"Futbolçunun qol vurmamağı onun zəif çıxış etdiyi anlamına gəlmir"
backend
Mahirin ÇL-də ilk dubluna sözardı - YAZI
backend
Mahir Emreli "Legiya"nın heyətində növbəti qollarını vurdu
backend
“Emrelinin liqanın ulduzu olmasını istərdim” – “Legiya”nın baş məşqçisi
backend
Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu - VİDEO
backend
"Legiya"nın baş məşqçisi Mahir Emreli haqda danışdı
backend
Mahir Emreli debüt oyununda het-trik etdi - VİDEO
backend
Mahir Emreli Varşavada oteldə qalır

GÜNÜN XƏBƏRİ

backend
Azərbaycanlı futbolçu Türkiyənin tanınmış klubunun hədəfində
27 may, 22 - 10:18491

XƏBƏR LENTİ

"Real" Çempionlar Liqasının qalibi oldu - YENİLƏNDİ
01:3529 may
Ronaldo "Romaya" keçə bilər
23:0428 may
Benzema məhkəməyə niyə üz tutub?
22:5028 may
Holann “Borussiya”nın bütün üzvlərinə bahalı saat bağışlayıb
22:2728 may
Mahirin klubunda baş məşqçi ilə bağlı qərar verildi
22:0528 may
Suares premyer-liqaya qayıda bilər
21:5028 may
Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticə
21:1328 may
Oğurlanmış medalı Pyoliyə qaytarılacaq
20:5328 may
Zəfər Kubokunda finalçılar bəlli olub
20:2228 may
“Çelsi” satıldı
20:0728 may
''Qalatasaray'' Avropanın ən güclüsünü darmadağın etdi
19:5028 may
“Yalnız mən və Trapattoni beş dəfə avrokubok qazanmışıq” - Mourinyo
19:3028 may
Türkiyə klublarının Avropadakı yol xəritəsi
19:0928 may
Millinin yekun heyəti niyə açıqlanmır? - RƏSMİ
18:4528 may
“Artıq yığmada da nəticə qazanmaq istəyirik” - Mahir Emreli
18:2328 may
Hakim olmaq üçün 30 namizəd
18:0228 may
UEFA Ukrayna və Belarusu “ayıracaq”
17:5328 may
"Turan Tovuz" Ayxan Abbasovla razılıq əldə etdi
17:3228 may
Məsut Özildən 100 milyon dollarlıq anlaşma!
17:1328 may
“Məncə, Rəşadın Qurban Qurbanovu təəccübləndirməsi hələ tezdi” - AÇIQLAMA
16:5128 may
Arda Turan: “Qalatasaray”ı kənardan sevmək də bir xidmətdi” - MÜSAHİBƏ
16:3528 may
Kubok "Qarabağ"ın sahibinə təqdim olundu
16:0928 may
Elxan Məmmədov Rusiyaya səfər etdi
15:5428 may
Mahmud Qurbanov avrokuboklara vəsiqə qazanacağına söz vermədi
15:5328 may
Sərxan Hacıyev Tovuz və Gəncədə hansı məsələləri müzakirə edib?
15:3028 may
Çili yığmasını Berisso çalışdıracaq
15:0928 may
Rəşad Sadıqov penalti seriyasında nəyi səhv etdi? - ÖZƏL BAXIŞ
14:5928 may
Atıcılıq üzrə dünya kuboku yarışına start verilib - FOTOLAR
14:5028 may
Neymar “Çelsi”yə yollana bilər
14:3328 may
Azərbaycan karateçisi Avropa üçüncüsü oldu
14:0328 may
AFFA limiti də dəyişəcək, əvəzetmə sayını da!
13:4328 may
Qarabağ qazisi "Qran-pri"də qızıl medal qazandı
13:3028 may
Şamaxıda görüş, “Azərenerji”nin avtobusları və bayraqsancma “əməliyyatı”
13:1128 may
Özbəkistan Şahmat Federasiyası ilə əməkdaşlıq müzakirə edildi
12:5028 may
"Öz səviyyəmizdə oynasaq, rəqabət apara bilərik" - Klopp
12:2728 may
"Milan" yarımmüdafiəçisi ilə vidalaşdı
12:1028 may
"Fənərbaxça" qapıçısı ilə yollarını ayırdı
11:5928 may
"Borussiya"dan yeni transfer
11:3028 may
"Liverpul" 2:0 hesabı ilə qalib gələcək" - Cerrard
11:2328 may
"Qəbələ" braziliyalı hücumçu ilə yollarını ayıra bilər
10:5728 may
Türkiyə millisində ciddi itki
10:3028 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə