Dünən "Xan Lənkəran" məşqçi İqbal Babayev və köməkçisi Cəfər Mirzəyevi istefaya göndərib.
"Football-plus.az" saytının məlumatına görə, klub bu ayrılığın səbəbini rəsmi səhifəsində bəyanat yayaraq ictimaiyyətə bildirib:
"Xan Lənkəran"nın məşqçiləri İqbal Babayev və Cəfər Mirzəyev sonuncu qarşılaşmadakı məğlubiyyət səbəbindən istefaya göndərilməyiblər!
* Adıçəkilən məşqçilər bir neçə dəfə komandadaxili qaydalarını pozduqlarına, futbolçularla və idarə heyətimizdəki əməkdaşlarla problem yaşadıqlarına görə klubun prezidenti tərəfindən istefaya göndəriliblər.
* Bu qərar "Neftçi 2" komandası ilə oyundan sonra qəbul edilsə də, "Turan" ilə oyun gününə təsadüf edib.
* Klubumuz dəyərlər üzərində qurulub və bundan sonra da həmin dəyərlərə hər hansı bir mənfi təsir göstərən şəxslər dərhal klubdan uzaqlaşdırılacaq.