Həm rəhbərlik səviyyəsində, həm də nəticələr baxımından işləri qaydasında getməyən ''Qalatasaray''ın indi də Olimpiu Morutsan üzündən başı ağrıya bilər.
Məlum olduğu kimi İstanbul nəhəngi bu futbolçunu mövsümün əvvəlində FKSB-dən transfer etmişdi. Daha çox ''Styaua'' kimi tanıdığımız FKSB-nin prezidenti Cici Bekali ''Qalatasaray''ın bu futbolçuya görə ödəməli olduğu məbləği hələ də ödəmədiyini açıqlayıb. ''Cim-Bom'' Morutsana görə rumınlara pulu hissə-hissə ödəmək öhdəliyini üzərinə götürmüşdü. 3,5 milyon avro dörd mərhələdə ödənilməli idi.
''Qalatasaray'' Buxarest təmsilçisinə ötən ilin noyabrın 10-da 700 min avro, bu ilin martın 10-da 750 min avro, sentyabrın 10-da 900 min avro və gələn ilin yanvarın 10-da 1 milyon 150 min avro verməlidi. Bu cədvəldən də göründüyü kimi artıq 700 min avro ödənilməli idi. Amma Bekali Rumıniyanın ''ProSport'' nəşrinə bunları deyib:
Bu məbləğlərdən başqa ''Qalatasaray'' qarşı tərəfə əlavə 600 min avro da ödəmək məcburiyyətindədi. Çünki müqavilədəki maddəyə əsasən 22 yaşlı futbolçu bu mövsüm 15 rəsmi oyuna çıxacağı halda ''sarı-qırmızılar'' FKSB-yə 600 min avro bonus da ödəməlidi. Hələ ki, ümidləri doğrultmayan futbolçu istanbulluların heyətində 24 rəsmi oyuna cəmi 3 qol vurub.