“Arsenal”ın və Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yarandığını xəbər vermişdik.
33 yaşlı hücumçu yanvarın 6-da koronavirusa yoluxmuşdu. Kapitan bu səbəbdən Afrika Millətlər Kubokunun ilk iki oyununda komandasına kömək edə bilməyib. Müayinələr nəticəsində Pyer-Emerikin ürəyində problemlər yarandığı məlum olmuşdu. O, artıq yığmanın düşərgəsindən ayrılıb. Obameyanqın İngiltərədə daha bir müayinədən keçəcəyi bildirilib.
Əlavə edək ki, Qabon yığmasını Mario Lemina da tərk edib. “Nitsa”nın yarımmüdafiəçisi də koronavirusa yoluxduğu üçün klubunun düşərgəsinə qayıtmalı olub. Artıq Mario bir daha milli formanı geyməyəcəyinə qərar verib. “RMC Sport”un məlumatına görə, Obameyanq ilə Lemina milli komandaya sərxoş vəziyyətdə gəlibmişlər. Mario bu iddianı təkzib edib.