“Çelsi” Kenediyə cari mövsümün ikinci dövrəsində ehtiyac duyub.
İngiltərə klubu bu səbəbdən icarə əsasında “Flamenqo”da çıxış edən futbolçusunu geri qaytarıb. Londonluların rəsmi saytının məlumatında 25 yaşlı yarımmüdafiəçinin vaxtından əvvəl komandaya döndüyü bildirilib.
Qeyd edək ki, Kenedi “Flamenqo”da ötən ilin avqustundan çıxış edirdi. O, bu komandada keçirdiyi 18 matçda 1 qol vurub.