Vaqner Lav karyerasını Danimarkada davam etdirəcək.
Məşhur braziliyalı futbolçu azad agent kimi “Midtüllann” ilə 6 aylıq müddətə anlaşıb. O, bazar ertəsi bu klubda tibbi baxışdan keçməlidi. Maraq üçün “Midtüllann”ın heyətində 6 braziliyalı futbolçunun oynadığını bildirək.
37 yaşlı Lavın sonuncu klubu olan “Kayrat”ı ötən ilin dekabrında tərk etdiyini də xatırladaq.