Region Liqasında münarizə aparn “Xan Lənkəran" yoxlama oyunu keçirib.
Rəqib divizion təmsilçisi "Turan Tovuz" olub. Matç "Xəzər Lənkəran"ın mərkəzi stadionunda baş tutub. Çoxsaylı azarkeşlərin izlədiyi görüş qonaqların minimalhesablı qələbəsiylə başa çatıb. Yeganə qolun müəllifi İzzət Müştaqov olub. Yeri gəlmişkən, Tovuz təmsilçisinin qələbəsi əlamətdar günlə üst-üstə düşüb. Yanvarın 16-da "Turan Tovuz"un akademiyasının 1 yaşı tamam olub.
Ötən sayımızda qarşılaşma üçün 1 manatlıq biletlərin satışa çıxarıldığını xəbər vermişdik. Görəsən, matçı nə qədər azarkeş izləyib? Komandada ab-hava necədi? Bərbad durumda olan ot örtüyü ilə bağlı rəhbərlik nə düşünür? Suallarımızı klubun mətbuat katibi Famil Məmmədova ünvanladıq:
Klub rəsmisindən stadionda tovuzlu azarkeşlərin olub-olmadığını və bundan sonrakı yoldaşlıq görüşləri haqda da soruşduq:
GÜNAY VƏLİYEVA
“Xan Lənkəran"ın yoxlama oyununu 2000 azarkeş izləyib - AÇIQLAMA
"Lənkəranda hava şəraiti yağışlı olduğuna görə azarkeş sayı əvvəlki oyunlara nisbətən aşağı idi. Komandanı 2000-dən çox fanat dəstəkləməyə gəlmişdi. Hər birinə təşəkkür edirik. O ki qaldı komandanın çıxışına, yaxşı oyun göstərdi. Futbolçular əlindən gələni etdilər. Məğlub olsaq da, matçın çox hissəsinə nəzarət etdik. Müəyyən epizodlarda bəxtimiz gətirmədi. Nəzərə alaq ki, bu, sadəcə, yoldaşlıq oyunudu. Belə qarşılaşmalarda səhvlərimiz üzərində işləyirik. İlyas Səfərzadə və Əli Şabanov zədə üzündən oynamadı. Bəli, ot örtüyü ilə bağlı işlər aparılacaq. Sadəcə, yanvar olduğuna görə bu bir qədər çətindi. Növbəti oyunlara kimi bu problem qaydaya düşəcək”.
"Turan Tovuz”un azarkeşləri stadionda yox idi. Növbədə "Sumqayıt-2" və "Zaqatala" ilə oyunlarımız var. Bu görüşlərin də doğma meydanda keçirilməsi nəzərdə tutulub".