Beynəlxalq yoldaşlıq oyunu

Belçika – Azərbaycan 5:3 (3:1)
Belçika: 1. Mustafa İdrisi, 2. Sven Sleypen, 4. Omar Rahu, 5. Ahmed Sababti (k), 6. Meris Durakoviç; 19. Dris Vrançken, 7. Steven Dillien, 8. İbrahim Adnane, 9. Lukas Diniz Pineyro, 10. Zakaria Lamsaia, 11. Ouadi Suliemani, 14. Sufian El Fakiri, 15. Yasper Buyl, 16. Kennet Vanderheyden.
Baş məşqçi: Kərim Başar.

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 5. Fineu, 10. Vassura, 13. Qallo; 1. Emin Kürdov, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 2. Felipinyo, 17. İsa Atayev, 16. Maneka.
Baş məşqçi: Joze Alesio da Silva.

Qollar: O.Rahu, 1:13 (1:0). E.Fakiri, 7:58 (2:0). Vassura, 16:20 (2:1). M.İdrisi, 19:44 (3:1). Qallo, 30:17 (3:2). L.D.Pineyro, 32:23 (4:2). Bolinya, 36:51 (4:3). L.D.Pineyro, 39:28 (5:3).

Vərəqələr: O.Suliemani, 14:53. X.Bağırov, 17:50 – sarı. Fineo, 13:36. X.Bağırov, 24:14 – qırmızı (ikinci sarı).
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons.
17 yanvar. Belçıka. Borqlon.

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə futzal millimiz dünən Belçika ilə qarşılaşıb. İsa Atayevin yüngül zədəsi olduğundan, görüşə ikinci hissədə qoşulub. Belçikada Eduardo Borgesin COVID-19 testinin nəticəsi pozitiv, Rafael Vilelanınkı isə şübhəli çıxıb. Krallığın qanunlarına əsasən hər iki futzalçı karatinə alınacaq. Bu üzdən onlar oyunda iştirak etməyib.

Oyuna rəqib fəal başlayıb. Artıq 2-ci dəqiqədə meydan sahibləri hesabı açıb. 8-ci dəqiqədə isə Fakiri uzaqdan qüvvətli zərbə ilə fərqi artırıb. Ardınca Fineo qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. İki dəqiqədən sonra tam heyətlə mübarizəni davam etdirən komandamız fərqi minimuma endirməyi bacarıb. Vassura adını tabloya yazdırıb. Bir qədər sonra Xətai Bağırov hesabı bərabərləşdirməyə yaxın olub. Hissənin sonuna yaxın Joze Alesio qapıçını meydan oyunçusu ilə əvəzləyib. Bu da rəqib qapıçının qol vurmasına şərait yaradıb.

İkinci hissəyə də komandamız yaxşı başlamayıb. Bu dəfə Xətai ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. İsa və Ramizin zərbələri təhlükəli alınıb. Fasilədən sonra ilk qolu Qallo vurub və fərqi minimuma endirib. Amma 2 dəqiqə sonra Lukas yenidən qapımıza yol tapıb. 37-ci dəqiqədə komandamız 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Bolinya dəqiq oynayıb. Pandemiya üzündən azarkeşlərsiz baş tutan matçda son nöqtəni də meydan sahibləri qoyub. Beləliklə, Bakıda iki dəfə Ukraynaya uduzan millimiz AÇ ərəfəsində keçirdiyi son oyundan da məğlub ayrılıb.
Komandamız Borqlondan Niderlanda, daha doğrusu, qarşılaşmaların baş tutacağı Qroningen şəhərinə avtobusla yollanacaq. D qrupunda yer alan yığma ilk görüşə yanvarın 22-də çıxacaq. “Martini Plaza”da, saat 17.30-da başlayacaq oyunda rəqib Gürcüstan olacaq. İspaniya – Bosniya və Hersoqovina matçının start fiti isə 20.30-da səslənəcək. Millinin oyunlarının İTV vasitəsilə canlı yayınlanacağını da qeyd edək.

RƏŞAD. "Futbol+" qəzeti üçün

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər