Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Yelizaveta Krneta özünə yeni klub tapıb.
"Football-plus.az" saytının məlumatına görə, o, bundan sonra Türkiyə çempionatında çıxış edəcək. “Bolu Bələdiyyəsispor”la razılaşan idmançımızın müqaviləsi mövsümün sonuna qədərdi.