Bu gün kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
“Murov” voleybol klubunun idman zalında baş tutan turun ilk matçı “Taleh – A.T” və “Həvəskarlar” komandaları arasında keçirilib. “Taleh – A.T” klubu 3:1 (15:25, 25:17, 25:16, 25:14) hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb.
Ardınca meydançaya “Təhsil” “Murov” klubuları çıxıblar. Bu qarşılaşmadan isə “Təhsil” komandası 3:0 (25:11, 25:20, 25:23) hesabı ilə qalib ayrılıb. 2-ci turun “Veteranlar” “Aura” görüşündə isə “Veteranlar” 3:0 (25:5, 25:8, 25:11) hesabı ilə qalib gəliblər. Günün son matçı “Ryuqa” ilə “Azərbaycan Ali Hərbi Məktəbi” komandaları arasında keçirilib. “Azərbaycan Ali Hərbi Məktəbi” klubu 3:1 (23-25, 25:23, 25:21, 25:22) hesabı ilə qalib gələrək mövsümün ikinci qələbəsini qazanıb.