Türkiyə futbolunda idman direktorluğu sahəsi Avropadakı qədər effektli olmasa da, bəzi klublarda yenidən bu sahə canlanıb.

''Beşiktaş'' bir neçə gün öncə idman direktoru vəzifəsinə Ceyhun Kazancının gətirildiyini açıqlamışdı. İndi də ''Qalatasaray''ın yeni idman direktoru məlum olub. 3 gündü Türkiyədə olan, cümə günü ''Beşiktaş'' - ''Qaziantep'', dünən isə ''Fatih Karagümrük'' - ''Çaykur Rizəspor'' matçlarını stadiondan canlı izləyən Mario Branko bundan sonra ''Qalatasaray''da bu vəzifəni icra edəcək. Avropa futbolunda o qədər də tanınmayan 45 yaşlı portuqaliyalı futbol adamının B lisenziyası var. Branko karyerasına skaut kimi başlayıb. ''Pontevedra'', ''Visla'', ''Zaqlembe'' və ''Styaua''da skaut kimi işlədikdən sonra idman direktorluğuna addım atıb. İndiyə qədər ''Leyşoeş'', ''Petrolul'', ''Eştoril'', ''Hayduk'', PAOK və son olaraq ''Famalikan''da bu vəzifəni icra edib. Brankonun uğurlu işləri olsa da, o daim arxa planda qaldığından çox da tanınmır. Məsələn, onun məsləhəti ilə qurulan 2017/18-in ''Hayduk''u son turlara qədər çempionluq mübarizəsinin içində yer aldı. Növbəti mövsüm Branko PAOK-da işlədi və onun transferləri sayəsində bu klub 34 ildən sonra çempion oldu. 2012/13-də Portuqaliya çempionatının debütantı ''Eştoril'' 5-ci pilləni tutub və təsnifat mərhələlərini də keçib tarixdə ilk dəfə AL-in qrupuna vəsiqə qazananda da idman direktoru Mario Branko idi. 2019-da Joze Mourinyo onu ''Mançester Yunayted''ə gətirmək istəsə də, təyinat baş tutmamışdı. Qeyd edək ki, daha öncə ''Qalatasaray''da 2015-18-ci illərdə idman direktoru vəzifəsini Cenk Ərgün icra etmiş və Fatih Terimin gəlişindən sonra ayrılmaq məcburiyyətində qalmışdı. O vaxtdan bu yana klubda futbolla bağlı bütün məsələlərə cavabdehlik daşıyan Terim faktiki olaraq idman direktoru vəzifəsini də özü icra edirdi.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər