“Toronto”nun hücumçusu Oston Mettyus srağagün yeni klub rekordü müəyyənləşdirdi.
“Arizona” ilə oyunda fərqlənən 24 yaşlı amerikalı ardıcıl 9-cu səfər oyununda qol vurmağı bacardı. Buna qədər klub rekordu ardıcııl 8 səfər oyununda fərqlənən Beyb Day, Frenk Mahovliç, Deniel Marua “üçlüy”ünə məxsus idi. Mettyus həmçinin MHL-də 2013-dən bəri ardıcıl 9 səfər oyununda qol vuran ilk hokkeyçidi. Həmin vaxt “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin belə nəticə ilə yadda qalmışdı. Ümumiyyətlə, MHL-in cari mövsümündə 32 oyun keçirən Mettyusun hesabında 24 qol və 14 məhsuldar ötürmə var.
Bu arada Beynəlxalq Hokkey Federasiyası (IIHF) ilə Milli Hokkey Liqasının iclası keçirilib. İclasdan sonra MHL IIHF-yə bəyan edib ki, Pekin Olimpiadasına yollanan hokkeyçilər cəzalanacaq.