Almaniya yığmasında 2021-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Yerli futbol qurumunun rəsmi saytının xəbərinə görə, bu nominasiyada Yozua Kimmix qalib gəlib. “Bavariya”nın yarımmüdafiəçisi azarkeşlər arasında keçirilən sorğuda 33,8 faiz səslə 1-ci yeri tutub.
“Çelsi”nin xavbeki Kay Haverts 2-ci (22,7 faiz), “Bavariya”nın eyni ampluada çıxış edən oyunçusu Leroy Sane isə 3-cü (13,6 faiz) olub. Xatırladaq ki, 2020-ci ildə bundestimdə ən yaxşı oyunçu adına “Bavariya”nın qapıçısı Manuel Noyer layiq bilinmişdi.