Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası tərəfindən birgə təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, dünən turniri izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kq çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov qarşıdakı yarışlar, planlar və tədbirlər barədə nazir Fərid Qayıbova məlumat veriblər.