Afrika Millətlər Kubokunun iştirakçıları arasında koronavirusla bağlı vəziyyət getdikcə gərginləşir.
"Football-plus.az" saytının məlumatına görə, bir sıra komandalardan sonra Tunis yığmasında da problemli vəziyyət yaranıb. Milli komandanın 6 oyunçusu koronavirusa yoluxub. Müdafiəçilər Məhəmməd Dreger, Dilan Bronn, Ussama Həddadi, yarımmüdafiəçi Naim Sliti və hücumçular İssam Jebali ilə Yohann Tuzqarın COVID-19 testi müsbət nəticə verib. Onlar qitə çempionatının qrup mərhələsinin 2-ci turunun bu günə təyin olunan Mavritaniya ilə oyununu buraxacaqlar.