Qış fasiləsində yoxlama oyunları keçirəcək “Kəpəz”in ilk iki rəqibi məlum olub.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda klubun mətbuat xidməti xəbər yayıb. Gəncə təmsilçisi yanvarın 22-də “Turan Tovuz"la
Gəncədə, 28-də isə Bakıda "Səbail-2" ilə qarşılaşacaq.
Qeyd edək ki, “Kəpəz” 1-ci divizionda 3-cü pillədə qərarlaşıb.