
Dünya futbolu
99
16.01.2022, 10:57
Daha bir təxirəsalma qaçılmaz oldu
İngiltərə çempionatında növbəti təxirəsalma qaçılmaz olub.
"Football-plus.az" saytının məlumatına görə, Premyer-liqanın 22-ci turunun bu günə təyin olunan “Tottenhem” – “Arsenal” matçı baş tutmayacaq. Buna qonaq komandada koronavirusa yoluxma, zədəlilərin olması və bəzi futbolçuların Afrika Millətlər Kubokunda iştirakı səbəb olub. Premyer-Liqanın rəhbərliyi heyətlə bağlı ciddi problemlə üzləşən “Arsenal”ın müraciətini qəbul edib və London derbisinin başqa tarixə ertələnməsinə qərar verib. Matçın yeni tarixi hələ ki müəyyənləşməyib.