İspaniya kubokunun çərçivəsində baş tutan 1/8 final oyunu yarımçıq dayandırılıb.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəb "Betis" -"Sevilya" matçında yerli azarkeşlərinin hərəkətidi.
Birinci hissənin sonunda tərəfdarların meydana atdığı yad əşyalardan biri qonaqların futbolçusu Joan Jordanın başına dəyib. Yarımmüdafiəçiyə dərhal tibbi yardım göstərilib.
Bundan sonra görüşün baş hakimi isə görüşü saxlayıb və komandaları paltardəyişmə otağına göndərib. Bu zaman hesab 1:1 olub.
Daha sonra İspaniya Futbol Federasiyası qarşılaşmanın təxirə salındığını açıqlayıb.