Yunan-Roma güləşi üzrə millimiz yanvarın 10-da 2022-ci ilin ilk təlim-məşq toplanışına Gürcüstanda start verib.
Yığmamız Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıq keçir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan TMT-nin əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlıq prosesinə xalça üzərində Gürcüstan millisinin üzvləriylə keçirilən taktiki-texniki çalışmalar da daxildir.
Qeyd edək ki, pəhləvanlarımız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yanvarın 25-dək qonşu ölkədə intensiv olaraq məşqləri davam etdirəcək.