“Krasnodar”ın yeni baş məşqçisi müəyyənləşib.
Rusiya klubunu mövsümün ikinci yarısında Daniel Farke çalışdıracaq. 46 yaşlı almaniyalı mütəxəssislə müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. Farke bir neçə gün əvvəl istefaya göndərilən Viktor Qonçarenkonun yerini tutub.
Onun sonuncu iş yeri ötən ilin noyabrında ayrıldığı “Norviç” olub. “Krasnodar” ölkə çempionatında 18 oyuna 29 xalla 5-ci yeri tutur.