Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək.
Pandemiya ilə əlaqədar olaraq, görüş azarkeşlər üçün qapalı olacaq.
Belçika – Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.