Artıq bir həftəyə yaxındı “Səbail”in müdafiəçisi Turan Manafovun Yunanıstana yollanacağı ilə bağlı xəbərlər dolaşsa da, futbolçu Abşeron yarmadasını tərk edə bilmir.

Onun agenti İlkin Alıyev qəzetimizə verdiyi müsahibədə “dənizçilər”in rəhbərliyindən narazılığını bildirmiş, klub rəsmilərini sözünü tutmamaqda ittiham etmişdi. Onun sözlərinə görə, mövsümlərarası fasilədə Turan yeni müqaviləyə imza atarkən “Səbail”in rəhbərliyi xaricdən təklif alacağı təqdirdə müdafiəçini sərbəst buraxacağına söz verib. Ancaq müqavilədə bununla bağlı hansısa bənd olmadığından rəhbərlik müdafiəçiyə azad agent statusu vermir. Azərbaycan futbolunun illərdi dəyişməz qalan “kişi sözü” bu dəfə Turanı “yandırıb”.

Ancaq dünən Yunanıstanın "Taxydromos" nəşri 24 yaşlı cinah müdafiəçisinin Yunanıstana gəldiyini, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağını paylaşıb. Azərbaycanın əksər saytları da adını qeyd etdiyimiz nəşrə istinadla “Səbail”in müdafiəçisinin Volos “Olimpiakos”u ilə müqavilə bağlamaq üçün ellin diyarına getdiyini yazıb. "Taxydromos"un xəbərini dəqiqləşdirmək üçün dünən yenidən İlkin bəylə əlaqə saxladıq. Məlum oldu ki, Manafov Bakını tərk etməyib, Yunanıstan mediasının yaydığı xəbər həqiqəti əks etdirmir:

“Turan Manafov hazırda Bakıdadı. Daha dəqiq desəm, Bayılda “Səbail”in bazasındadı. Yunanıstan mediasında yazılanlar yalandı. Ö gün sizə dedyim kimi, klub rəhbərliyi yayda verdiyi sözü tutmadı və müdafiəçinin Yunanıstana yollanmasının qarşısını kəsdi. Klubun belə münasibəti futbolçuya pis təsir edib. O ölkə xaricinə yollanmasa belə, “Səbail”də qalmayacaq. Sizə dedyim kimi, ona yerli klublardan da təkliflər var. Böyük ehtimalla Manafov həmin təkliflərdən birini dəyərləndirəcək”.


RƏŞAD, "Futbol+" qəzeti üçün


Son xəbərlər

"Səbail"in "Sabah" qələbəsi - VİDEO

Millinin sabiq baş məşqçisi premyer-liqa klubunda işləyəcək? - Özü açıqladı

Mahmud Qurbanov: "Qol olsaydı, cütün taleyi həll olunacaqdı"

Murad Musayev: "Səbail"i udmaq üçün çox işləmək lazımdı"

Ceyhun Sultanov: "Bu baş məşqçi "Neftçi"ni dartacaq gücdə deyil"

Xorvatiya Braziliyaya qarşı - YENİLƏNİR

"Turan Tovuz" və "Səbail"dən qələbə - YENİLƏNİB

"İnanıram ki, Braziliya dünya çempionu olacaq" - "Qəbələ"nin futbolçusu

Aslan Kərimov Niderlandı Argentinadan üstün hesab edir

Millət vəkili dünya çempionatında bu komandaya azarkeşlik edir

Qərb derbisində "Turan Tovuz" qələbə qazandı - VİDEO

Tərlan Əhmədov: "Bizə futbolçu lazımdı"

Anatoli Banişevskinin xatirəsi yad olunub

UEFA Azərbaycanın 4 klubuna ödəmə etdi

Ayxan Abbasov: "Gərgin oyun olacaq"

Nazir federasiya nümayəndələri ilə görüşdü

"Barselona"da kapitan dəyişikliyi

"Səbail"in futbolçusu üçün il başa çatdı

Xaliq Mərdanov məğlubiyyətsiz seriyanın qırılmasının səbəbini açıqladı - MÜSAHİBƏ

AFFA xərəkdaşıyanları olmayan klubu cəzalandırdı

AFFA "Sabah" və "Şamaxı"nın oyunçusunu cəzalandırdı

"Neftçi" və "Qarabağ" azarkeşlərinə görə ziyana düşdü

“Formula-1”dən gedən dördqat dünya çempionu duyğularını bölüşdü

Mahmud Qurbanovun iradlarının ciddi əsası yoxdu - TƏHLİL

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

Gəncəli deputat: "Komandamız "Turan Tovuz"u məğlub edəcək potensialdadı"

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

Şəhriyar Əliyev: “Ayxan Abbasov nə desə, o da olacaq”

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Bütün xəbərlər