“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.
Belə ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu komanda da "78" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.