İngiltərə çempionatında dekabrın ən yaxşıları müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq ötən ayın ən yaxşı oyunçusu seçilib. O, dekabrda meydana çıxdığı oyunlarda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Dekabrın ən yaxşı məşqçisi də “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola olub. Onun komandası ötən ay keçirdiyi 7 oyunun hamısından qalib ayrılıb.