"Neftçi"nin yeni transferi Azər Salahlı Türkiyənin Antalya bölgəsində Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlama verib:
"Zədədən əziyyət çəkdiyimdən, bir müddət komandadan ayrı çalışmaq məcburiyyətində qaldım. Çalışıram ki, gələn oyunlaradək pik nöqtəyə çata bilim. Formamı bərpa etdikdən sonra hər şeyin uğurlu alınacağına inanıram".