Əfsanəvi braziliyalı futbolçu Rivaldo 2022-də kimin “Qızıl top”u ala biləcəyi ilə bağlı fikirlərini bölüşüb:
“Hesab edirəm ki, Mbappenin yaxşı şansı var, çünki PSJ ilə Çempionlar Liqasını, yığması ilə dünya çempionluğunu qazana bilər. Eyni sözləri Neymar haqda da demək mümkündü. O da Paris klubunda oynayır və Braziliya yığmasını arxasınca daşıyır. Hesab edirəm ki, “France Football” dünya çempionatının başa çatmasını gözləməli və yalnız bundan sonra ilin futbolçusu adı uğrunda səsverməyə başlamalıdı”.
Xatırladaq ki, növbəti dünya çempionatı bu il 21 noyabr - 18 dekabr aralığında Qətərdə keçiriləcək.