Gözlənildiyi kimi, Andrea Konti “Milan”ı tərk edib.
O, karyerasını İtaliyanın başqa klubunda davam etdirəcək. 27 yaşlı müdafiəçi “Sampdoriya” ilə sonradan 3 il müddətinə uzadılmaq şərti ilə yaya qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Andrea “Milan”a 2017-ci ildən məxsus idi. Ötən il icarə əsasında “Parma”da oynayan futbolçu bu mövsüm yalnız bir oyunda meydana çıxmaq şansı qazanıb.