Son həftələri vətənində keçirən Neymar artıq Parisdədi. O, Fransaya bazar ertəsi gəlib.
Braziliyalı futbolçu ötən ilin dekabrından PSJ-nin həkimlərinin müşahidəsi altında zədəsini bərpa etməklə məşğul idi. Xatırladaq ki, o, noyabrın 28-də keçirilən “Sent-Etyen” – PSJ matçında (1:3) sol ayaq topuğundan ciddi xəsarət almışdı.
Bundan sonra bərpası Parisdə davam etdiriləcək hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la oyunlarında meydana çıxacağına əmindi. “Ekip” qəzetinin məlumatına görə, klubun icazəsi ilə daha bir həftə Braziliyada qalan 29 yaşlı futbolçu hər gün evdə fizioterapevt və fitnes məşqçiləri ilə işləyir. Qeyd edək ki, PSJ ilə “Real” arasındakı ilk matç fevralın 15-nə, cavab görüşü isə martın 8-nə təyin olunub.