Futzal yığmasının açıq məşqinə baş çəkən federasiyanın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov komanda üzvləri və məşqçilər korpusu ilə görüşəndən sonra jurnalistlərin suallarını cavablandırdı və yığmanın turnir perspektivinə toxundu.
- Yığma hazırlığa başlayandan bir neçə dəfə komanda üzvləri və məşqçilər korpusu ilə görüşmüşəm. Məşqçilər korpusu gündəlik hazırlıq prosesi haqda bizə məlumat verir. Demək olar ki, komanda Avropa çempionatına 90 faiz hazırdı.
Məşqçilər korpusunun dediyinə əsasən, az işlər qalıb. Onları da qarşıdakı həftədə bitirəcəklər. Sevindirici haldı ki, heç bir oyunçuda zədə yoxdu.
- Millinin qarşısına hansı məqsəd qoyulub?
- Tək baş məşqçi ilə yox, bütün oyunçularla danışmışıq. Hər Avropa çempionatında olduğu kimi, burda da ilk hədəfimiz birinci oyunda qələbə qazanmaq və ardınca qrupdan çıxmaqdı. Ondan sonra hər şey püşkatmadan asılı olacaq. Bu isə sonranın işidi. Ən əsası, ilk görüşdə debütant Gürcüstan millisinə qarşı uğurla çıxış etməkdi.
- Komanda üzvləri ilə görüşəndə daha çox birinci oyunun önəmli olmasından danışıb, Gürcüstanla matçın finala bərabər olduğunu vurğuladız. İspaniyanın favorit olduğunu başa düşürük. Belə çıxır ki, Bosniya və Hersoqovinanı zəif rəqib kimi dəyərləndirirsiz...
- Hansısa ölkənin yığması Avropa çempionatının final mərhələsində çıxış edirsə, deməli, buna layiqdi və güclü komandadı. Amma futzalın da öz qaydaları var. Birinci oyun həmişə çətin və ağır olur. Belə turnirlərdə komanda oynamağa ilk matçın ikinci hissəsində başlayır. Ab-havaya, qarşılaşmaların keçirildiyi zala, parketə uyğunlaşmaq müəyyən vaxt aparır. Bu səbəbdən əsas məsələ komandanı ilk görüşə kökləməkdi. Turnirdən öncə də kollektivlə görüşümüz olacaq. Layiqincə çıxış edəcəklərinə ümid edirəm. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Əsas hədəf hazırda ilk matça köklənməkdi.
- İlk dədi ki, Avropa çempionatında qruplarda 4 komanda mübarizə aparacaq. Say artımına münasibətinizi bilmək istərdik.
- Qrupda komanda sayının önəmi yoxdu. Birinci qarşılaşmadan sonra komanların hansı səviyyədə olduğu bilinir.