“Sumqayıt”ın futbolçusu Rəhim Sadıxov karyerasını ölkə xaricində davam etdirə bilərmiş.
Redaksiyamıza daxil olan məlumata görə, milli üzvü ilə Polşanın “Yagelloniya", Rusiyanın “Nijni Novqorod” və Cənubi Kiprin “Omoniya” klubları yaxından maraqlanıb. Lakin “kimyaçılar” onu buraxmaq istəməyib. Hər üç klub menecerlər vasitəsilə “gənclik şəhəri” təmsilçisinə müraciət edib. Maraq üçün qeyd edək ki, təkliflər Ayxan Abbasovun dövründə olub. Lakin yeni baş məşqçi Aleksey Baqanın gəlişindən sonra Rəhimin satılmayacağı konkretləşib.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm “Sumqayıt”ın heyətində 16 qarşılaşmada meydanda olub. Sadıxov bu görüşlərdə 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “kimyaçılar”la bu ilin yayına kimi müqaviləsi var.
İLKİN SULTANLI