Türkiyə çempionatının 21-ci tur matçı təxirə salınıb.
"Football-plus.az" saytının məlumatına görə, bu, "Başakşehir" və "Konyaspor" arasında keçirilməli olan görüşdü. Buna qonaq komandanın müdafiəçisi Ahmet Çalıkın ötən gün avtomobil qəzasında dünyasını dəyişməsi səbəb olub.