Afrika Millətlər Kubokunun (AMK) favoritlərindən sayılan Əlcəzair yığmasının yeni kapitanı müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, yanvarın 9-da Kamerunda start götürən turnirdə sarğını Riyad Mahrez daşıyacaq. “Mançester Siti”nin 30 yaşlı yarımmüdafiəçisi Əlcəzair yığmasında 2014-cü ildən oynayır. O, indiyədək milli formada iştirak etdiyi 70 oyuna 26 qol vurub.