A seriyasının “Roma” ilə oyununda (4:3) zədələnən “Yuventus”un oyunçusu Federiko Kyezanın durumuna aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, dizinin xaçvarı bağları zədələnən hücumçu yaxın günlərdə əməliyyat olunacaq. İtaliya məmbələri 24 yaşlı Federikonun bərpa prosesinin təxminən 6 ay çəkəcəyini xəbər verib. O, bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 18 oyunda 4 qol vurub və bir o qədər məhsuldar ötürmə edib.