Bakıda təlim-məşq toplanışına start verən Azərbaycan millisinin üzvü Vassoura federasiyanın rəsmi saytına müsahibə verib.

- Bir neçə gün əvvəl “Sporting Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?
- Ötən ilin martında millinin seçmə mərhələsinin oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma bu qısamüddətli oldu. Daha sonra “futbol 7x7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sporting Paris” klubu ilə müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo De Araujo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.

- Komandanın məqsədi nədi?
- Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdi. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdı. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.

- Debüt etmək imkanın oldu?
- Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi 1 həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəm.

- Gələk milli komandaya. Bu gün ilk məşqini keçirdin komanda ilə birgə. Milli final mərhələsinə nə dərəcədə hazırdı?
- Toplanış bu gün başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdı. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdı. Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdu.

- Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
- Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdı. Ancaq onlara qarşı da mübarizəmizi apracağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.

- Qrupda “Kilid oyun” hansını hesab edirsən?
- İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.

- Rəqiblərimizdən Gürcüstan və Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandı...
- Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdu. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaqlar. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı.

İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdı. Özümü buna hazır sayıram.

- Ukrayna ilə oyunları necə, izləmisən?
- Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdi bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi 2 gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməkliyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.

Son xəbərlər

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Di Mariya ilə bağlı qərar verildi

Autsayder komandada yeni baş məşqçi

UEFA-dan "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı mühüm qərar

İcra Hakimiyyəti bu klubun işıq borcunu həll edib

"Turan Tovuz" futbolçuları məktəblilərin qonağı oldu

Samir gəldi, zülm bitdi? - KÖŞƏ

Azərbaycan klubu Kuarejma ilə maraqlanır?

Xayme Romero İspaniya klubunda

“Yuventus” onu almaq istəyir

Özilin durumuna aydınlıq gəldi

“Fənərbaxça”dan BƏƏ-yə

“Turan Tovuz” məktəblilərlə görüşdü

Dünya çempionatının oyunları İctimai TV-də

Taekvondoçumuz Avropa çempionu oldu

Messi PSJ-dən ayrılır?

A Seriyasında ilk

Lyaiç Türkiyədə qaldı

Boksçularımız 1/4 finalda

Benzema üç mükafatın sahibi oldu

Bundesliqa klubunda yeni müqavilə

Millimiz olimpiadada 5 komanda ilə təmsil olunacaq

İstanbul derbisini idarə edəcək hakimlər açıqlandı

“Araz Naxçıvan” "Sumqayıt-2"ni, "Şamaxı-2" "Mingəçevir"i böyük hesabla məğlub etdi - YENİLƏNİB

Messi Ronaldonun rekordunu təkrarladı

Millətlər Liqasında yüksələnlər və enənlər müəyyənləşdi

"Barselona" yeni transferinin xidmətindən 1 ay yararlana bilməyəcək

Ardıcıl 5-ci dəfə penaltini dəf etdi, tarixə düşdü

Xavi ilə Pike arasında gərginlik

İdmançımız Gürcüstanda gümüş medal qazandı

"Real Madrid"in ən yaxşı futbolçusu o seçildi

Cüdo millimizin üzvü bu klubla müqavilə imzaladı

"Fənərbaxça" onunla yollarını ayırdı

"Turan Tovuz"un futbolçusu milli komandası ilə qələbə qazandı

"Azərbaycanla oyundan müəyyən nəticələr çıxardım" - Moldovanın baş məşqçisi

Fərid Qayıbov amerikalı mütəxəssislərlə görüşdü

Bütün xəbərlər